Yanvarın 20-də BƏT-in illik məruzəsi təqdim ediləcək

A- A A+

Yanvarın 20-də Cenevrədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Dünyada məşğulluğun və sosial müdafiənin perspektivləri” adlı illik məruzəsi təqdim ediləcək.

NUHÇIXAN BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, sənəddə əmək bazarının ən mühüm problemləri, o cümlədən işsizlik, natamam məşğulluq, işçi qüvvəsindən tam istifadə edilməməsi, əməkçilər arasında yoxsulluq, əməyin ödənilməsində qeyri-bərabərlik məsələləri, habelə insanları əmək sferasından uzaqlaşdıran amillər təhlil edilir.

Məruzəyə bəzi yeni proqnozlar, habelə dünya əmək bazarına daxil olan əmək gəlirlərinin hesablanması üzrə yenidən nəzərdən keçirilmiş məlumatlar daxil edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: