20 Yanvar şəhidlərinin əziz xatirəsi daim qəlblərdə yaşayacaq - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Şərur rayonunda 20 Yanvar  faciəsinə  həsr olunan tədbir keçirilib.

Əvvəlcə Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.  Sonra Şərur rayon Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Şurasının Sədri Vidadi Süleymanov bildirib ki 20 Yanvar Azərbaycan xalqının tarixinə tək faciə kimi yox, həm də qəhrəmanlıq zirvəsi kimi yazılıb. 20 Yanvar Azərbaycan xalqını bütün dünyaya müstəqil yaşamağa qadir, eyni zamanda əyilməz bir xalq kimi tanıdıb. Həmin gün müstəqillik uğrunda mübarizəyə qalxan Azərbaycan xalqının unudulmaz qəhrəmanlıq səhifəsidir.      

Digər çıxışlar zamanı vurğulanıb ki, Azərbaycan xalqı öz qəhrəman övladlarının xatirəsini daim uca tutur və dərin ehtiramla yad edir. Xalqımızın işıqlı sabahı üçün canlarından keçən şəhidlərimizin xatirəsini gələcək nəsillər də böyük ehtiramla xatırlayacaqlar.

Tədbirdə həmçinin məktəblilər 20 Yanvar şəhidlərə ithaf edilən şeirlər səsləndiriblər.

Sonda 20 Yanvar  faciəsinə  həsr olunan sərgiyə baxış olub.

 

Nurlan Sadiqov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: