Əlmaniz Ələkbərli “İlin jurnalisti” seçilib

A- A A+

17 yanvar tarixində Azərbaycan Yazıçılar Birliyində Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Əlmaniz Ələkbərlinin mükafatlandırılması mərasimi baş tutub. NUHÇIXAN xəbər verir ki, yazıçı, publisit, Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev Əlmaniz Ələkbərliyə 2019-cu “İlin jurnalisti” mükafatını təqdim edib.

Əlmaniz Ələkbərli bildirib ki, əməyinə yüksək dəyərin verilməsi və bu mükafata layiq görlməsi onun üçün çox qururverici və sevindirici olub. Həmçinin Azərbaycan-Ukrayna Beynəlxalq Alyansın idarə heyətinin sədri Elmar Məmmədovun göstərdiyi etimadın onun üçün çox xoş olduğunu söyləyib və bu mükafatın Yazıçılar Birliyinin katibi, dünya şöhrətli yazıçı Çingiz Abdullayev tərəfindən verməsini onun üçün ikiqat sevinc olduğunu bildirib.

Təqdimatda həmçinin Azərbaycan-Ukrayna Beynəlxalq Alyansın sədri Elman Məmmədov da mukafat haqqında öz fikirlərini bölüşüb.

O, bildirib ki, Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı Ukrayna regionları üzrə manitorinq və sorğu keçirərək, “İlin jurnalisti” mükafatının kimə layiq görülməsi üzrə sorğular aparılıb. Alyansın ali orqanı olan Şura tərəfindən toplanan səslərə əsasən Əlmaniz Ələkbərli 2019-cu ilin jurnalisti elan edilib.

Mükafatlandırmanın əhəmiyyətindən danışan Elman Məmmədov söyləyib ki, Ukrayna Diaspor təşkilatlarının manitorinq mərkəzinin sədri olan Əlmaniz Ələkbərlinin yazdığı məqalələrin şəffaflığı, ədalətli və operativ olması, diasporyönlü fəaliyyəti onun bu müsabiqədə mükafata layiq görülməsini şərtləndirib.

Qeyd edək ki, görüşdə Moldovanın sabiq ombudsmanı Aureli Qriqori də iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: