Cənnət meyvəsi - nar

A- A A+

Müqəddəs kitablarda  adı cəkilən nar qədim zamanlarda Şərqdə  “meyvələrin şahı” sayılırdı. Bu meyvənin, demək olar ki, hər dənəsi insan sağlamlığı üçün  faydalıdır. Yetişdiyi məkandan asılı olmayaraq nar ağacı “həyat ağacı”, nar şirəsi isə “sevgi içkisi” adlandırılıb.

Nar şirəsi immun sistemin fəaliyyətini yaxşılaşdırır, orqanizmi möhkəmləndirir. Növündən asılı olaraq, nar şirin və turş olur. Meyvəyə turş dad verən onun şirəsindəki limon turşusudur. Onun tərkibi şəkər və limon turşusu ilə yanaşı, vitaminlər, boyayıcı maddələr, makro və mikroelementlərlə zəngindir.

Narın ən qiymətli sortu eramızdan əvvəl qədim Yunanıstanın Karfagen vilayətində becərilsə də, onun vətəni İran hesab olunur. Onu elmi təbabətə  isə ilk dəfə hind həkimləri gətirib. Nar şirəsi yüksək vitaminli içki kimi yorğunluq, qanazlığı, bronxial astma, angina, şüalanma zamanı içilir. Bərpaedici vasitə kimi yoluxucu xəstəliklərdən, mədə-bağırsaq pozuntularından sonra qəbul edilməsi də çox faydalıdır. Nar iştahanı yaxşılaşdırır,  diatezin, başağrılarının, hipertoniyanın müalicəsində istifadə edilir. Sinir sisteminin möhkəmləndirilməsi üçün meyvənin pərdəli arakəsmələri qurudularaq çay kimi dəmlənilib içilir.

Gündəlik nar şirəsi içmək və ya meyvəsini yemək mədə-bağırsaq, həzm sistemi, ürək çatışmazlığı, revmatizm və şəkər xəstəliyi zamanı faydalıdır. Diabetdən əziyyət çəkənlərin gülöyşə və mələs kimi turşməzə nar növlərindən istifadə etməsi məsləhət görülür.

Boğaz və ağciyər üçün çox faydalı olan narın  öskürəyi kəsmək qabiliyyətində olduğu da söylənilməkdədir. Dırnaq iltihabı və cərrahi yaraların müalicəsində isə nar tumu və bal qarışığından istifadə olunur.

Narın tərkibi kalium, dəmir, kalsium, fosfor mineralları, C və B1, B2 vitaminləri ilə zəngindir.

Narın orqanizm üçün 10 əsas faydası bunlardır:

1. Mədə-bağırsaq sistemi üçün əvəzsizdir

Narın qabıqlarından çay dəmləyib içdikdə ishalı kəsir, bağırsaq qurdlarını tökür. Dənələrini örtən pərdə isə həzmi asanlaşdırır.

2. Hormonların aktivliyini artırır

Narın tumurcuqlarında olan yağlar orqanizmdə hormonal balansı bərpa edir. Buna görə də nar dənəciklərini yeyərkən tumurcuqlarını atmaq olmaz. Onları çeynəyib yemək baş ağrıları üçün əvəzsiz vasitədir.

3. Xərçəng xəstəliyinə qarşı güclü vasitədir

Narın tərkibində xərçəng xəstəliyinə qarşı müdafiə özəlliyinə sahib olan antioksidantlar var. Bu maddə nar şirəsində qırmzı şərab, yaşıl çay, portağal şirəsi ilə müqayisədə 3 dəfə çoxdur.

4. İnsulin əvəzedicisidir

Nar diabetik xəstələr üçün də çox faydalıdır. Gündə 4 dəfə, yeməkdən əvvəl 60 damla nar suyu qəbul edildikdə, qanda olan şəkərin miqdarı kifayət qədər azalır.

5. Diş ətinin iltihabı zamanı faydalıdır

Diş çürümələri və diş ətinin iltihabı zamanı narın suyundan istifadə etmək məsləhət görülür. Bu zaman nar suyu ilə qarqara etmək faydalıdır.

6. Öskürək zamanı xeyirlidir

Nar  ağciyər üçün  faydalıdır və öskürəyi kəsmək qabiliyyətinə malikdir. Nar qabığının suda qaynadılaraq qarqara edilməsi angina, faringit, qinqivit, stomatitr zamanı məsləhət görülür.

7. Artıq çəkidən azad olmağa kömək edir

Hər gün nar suyu içmək insanın bel nayihəsindəki yağların əriməsinə səbəb olur.

8. Göz ağrıları zamanı effektlidir

Gözdəki sarılığı aradan götürmək üçün meyvənin içindəki ətli qismlə nar dənələri çıxarılır və bir miqdar bal ilə qarışdırılıb məlhəm olanadək bişirilir. Daha sonra bu məlhəm gözə sürmə kimi çəkilir.

9. Damarlarda yaranan tıxanıqlıqların açılmasında faydalıdır

2 həftə ərzində gündə 50 qram nar suyunun qəbul edilməsi təzyiqi 36 faiz azaldır və damar tıxanılqlıqlarının açılmasına kömək edir.

10. Nar suyu orqanları gücləndirir

Nar həmçinin qanyaradıcı, enerjiverici xassəyə malikdir və bütün orqanları möhkəmləndirir.

                                                                             “Nuh yurdu” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: