Naxçıvanda yeni məscid binasının tikintisi davam edir

A- A A+

Naxçıvan Muxtar Respublikasında dini dəyərlərin qorunması, yaşadılması və təbliği istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan şəhərində bu sahədə görülən işlərin davamı olaraq inşa edilən yeni məscid binasında  işlər sürətlə aparılır.

İki minarəli və 15 günbəzli məsciddə əsas tikinti işləri  demək olar ki, başa çatdırılıb. Naxçıvan və Şərq memarlığı üslubunda inşa olunan məscidin günbəzlərinin hündürlüyü 12, minarələrinin hündürlüyü isə 40 metrdir. Məscid kompleksinin sahəsi 6400 kvadratmetrdir. Eyni vaxtda 5 min nəfərin ibadət edəcəyi məsciddə qadın və kişilər üçün nəzərdə tutulmuş ibadət zalları, eləcə də mədrəsə olacaqdır.

Qeyd edək ki, kompleksdə Naxçıvan Muxtar Respublikası Qazisi yanında Şura üçün ikimərtəbəli inzibati bina və ikimərtəbəli mərasim binası da inşa olunub. İnzibati binada kəbin və digər xidməti otaqlar, mərasim binasında isə ayrı-ayrılıqda qadınlar və kişilər üçün zallar, texniki otaqlar və dəstəmazxanalar olacaqdır.

Hazırda məscid binasının fasadında və daxilində işlər milli nəqqaşlıq elementləri və dini rəmzlər əsas götürülərək davam etdirilir

Tural Tapdıqlı

 “Nuh yurdu”qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: