Ötən il muzeylərimizdə 7861 ziyarətçi olub

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq mərkəzi və yerli icra hakimiyyəti orqanları kollektivlərinin muzeyləri ziyarət etməsi, buraya olan marağı kütləvi hala gətirir, muzeylərə marağın artmasına səbəb olur. Eləcə də, şagirdlərin muzeylərə ekskursiya təşkil etməsi muzeylərin fəaliyyətini daha da genişləndirir, yeni nəsil arasında tarixə, soykökə, mədəniyyətə bağlılığı artırır.

Muzeylərlə tanışlıq həm də insanlarda mədəni istirahətin dəyərləndirilməsi kimi artıq öz təsdiqini çoxdan tapmış ən səmərəli vasitədir. Digər tərəfdən muzeylər mühüm maarifləndirmə obyektləridir. Təbii ki, müxtəlif informasiya vasitələrindən aldığımız məlumatlardan fərqli olaraq, öyrənmək istədiyimiz faktları birbaşa mənbəyindən və fiziki təmasda ikən almaq daha maraqlı və yaddaqalandır. Həm də buna görə bir çox muzeylər elmi-tədqiqat müəssisəsi kimi fəaliyyət göstərir.

Qeyd edək ki, 2019-cu ildə də Babək rayonunda muzey işinin düzgün təşkili diqqət mərkəzində saxlanılıb, həmin mədəniyyət müəssisələrinin ekspozisiyasının zənginləşdirilməsi üçün mühüm işlər görülüb. Bu işlərdə yerli sakinlər də yaxından iştirak edir, tariximizi, mədəniyyətimizi, məişətimizi özündə əks etdirən eksponatları muzeylərə təhvil verirlər. Aparılan maarifləndirmə işlərinin nəticəsidir ki, ötən il Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinə 615 yeni eksponat daxil olub. Başqa bir yenilik isə gələn ziyarətçilərin sayı ilə bağlıdır. Tarixə qovuşan 2019-cu ildə qeyd olunan muzeyə 2196 ziyarətçi gəlib.

Ötən il həm də böyük demokrat Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyi ölkə səviyyəsində qeyd olundu. Həmin əlamətdar ildə ədibin Nehrəm kəndindəki xatirə muzeyini 5665 nəfər ziyarət edib. Ümumilikdə, hər iki muzey 7861 ziyarətçini qəbul edib.

                                                “Şərqin səhəri” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: