20 Yanvar milli qürur günüdür - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Qarnizonu tam orta məktəbində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bir sıra tədbirlər olub. Belə ki, məktəbin şagirdləri arasında şahmat, stolüstü tennis yarışları və “20 Yanvar Milli Qürur Günü” mövzusunda  IX-XI sinif şagirdləri arasında inşa yazı, V-IX siniflər arasında viktorina və rəsm müsabiqəsi keçirilib.

Məktəbin bu münasibətlə keçirilən yekun tədbirində əvvəlcə dövlət himni  səslənib, ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib.      

Naxçıvan Qarnizonu tam orta məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Natiq Əhmədov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet hərbi birləşmələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətliamın insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri  olduğunu vurğulayıb. Qeyd edib ki, faciədən bir gün sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək SSRİ rəhbərliyinin xalqımıza qarşı həyata keçirdiyi bu qanlı aksiyanı kəskin şəkildə pisləyən bəyanatla çıxış etməsi təkrarsız mərdlik və cəsarətlə xalqa bağlılıq nümunəsi idi. Bu faciəyə hüquqi-siyasi qiyməti də məhz Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti  olan zaman verdi.

“20 Yanvar şəhidləri müstəqillik qaranquşları olduqları üçün, xalqımızın qəlbində daim yaşayacaq  əbədi qəhrəmanlardır. Onlar hər yerdə, hər zaman millətin qəhrəmanları kimi təqdim edilməlidir”- bu fikirlər də tədbirdə səslənib.

Tədbirin sonunda şagirdlərin iştirakı ilə 20 Yanvar faciəsinə həsr edilmiş ədəbi-bədii kompozisiya göstərilib. Həmçinin 20 Yanvar şəhidləri ilə bağlı şeirlər və mahnılar səslənib. Məktəbin foyesində “Şəhidlər yaşayır” adlı rəsm sərgisi nümayiş olunub.         

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: