Fauna ehtiyatlarının mühafizəsi məqsədilə biotexniki tədbir keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Duzdağ Fizioterapiya Mərkəzinə gedən yolun kənarlarında salınan yeni meyvə və üzüm bağlarında biotexniki tədbir keçiriblər. Bu məqsədlə ətraf sahələrə 1500 kiloqram meyvə-tərəvəz qalıqları və 300 kiloqram daş duz səpilib.

Soyuq qış aylarında daş duz və müxtəlif meyvə-tərəvəz qalıqları, qaba yem  çöl heyvanlarının qidalanmasını xeyli asanlaşdırır, xəstəliklərə qarşı davamlılığını artırır, həmçinin onların duza olan tələbatı ödənir.

 

Məhəmməd Fərəcov

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: