20 Yanvar Azərbaycan xalqının qürur ünvanına çevrilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Nazirlikdə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan “20 Yanvar – azadlığımızın və milli iradəmizin simvolu” mövzusunda tədbir keçirilib. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Fövqəladə Hallar nazirinin müavini general-mayor Hikmət Kərimov SSRİ-nin ermənipərəst rəhbərliyinin Azərbaycan xalqına qarşı məkrli siyasəti nəticəsində 20 Yanvar faciəsinin törədildiyini bildirib. Qeyd edib ki, həmin gün Azərbaycan xalqının tarixinə tək faciə kimi yox, həm də qəhrəmanlıq tarixi kimi yazılıb. Ölkə­mizin həmin ərəfədə informasiya blokadasında olduğunu və ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində cəsarətli bəyanatı ilə xalqın səsini dünyaya çatdırdığını söyləyib.

Sonra nazirliyin əməkdaşları “20 Yanvar - müstəqilliyə gedən yol”, “20 Yanvar - xalqımızın qan yaddaşıdır” və “20 Yanvar - müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi “ mövzularında çıxış ediblər.

Sonda 20 Yanvar hadisələrinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: