“Araz”Elm İstehsalat Birliyində maarifləndirici tədbir keçirilib

A- A A+

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Nazirliyin və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə fəaliyyət planına uyğun olaraq mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə “Araz” Elm İstehsalat Birliyində mülki müdafiə işinin müasir tələblər səviyyəsində təşkilinə nail olmaq fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, fövqəladə hallar zamanı davranış və fəaliyyət qaydaları haqqında iştirakçılara ətraflı məlumat verilib.

Kənd Təsərrüfatı nazirinin müavini Fikrət Həsənov bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib.  

Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin əməkdaşları qaz təsərrüfatından istifadə qaydaları, dəm qazı, dəm qazının yaranması və zəhərlənmə zamanı ondan qorunma yolları, elektrik təsərrüfatından istifadə zamanı yanğın təhlükəsizliyi qaydaları, civə dağılmaları və bu vaxt atılacaq addımlardan danışıblar.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: