Gənclər hərbi xidmətə yola salınıb - FOTOLAR

A- A A+

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  Ordubad və Culfa Rayon Şöbələrində gənclərin hərbi xidmətə yolasalma mərasimləri keçirilib.

NUHÇIXAN xəbər verir ki, hər iki rayonda keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çıxış edənlər çağırışçılara xidməti dövrdə hərbi  texnikanın  sirlərinə mükəmməl yiyələnməyi, vətənə sədaqətlə xidmət etməyi  arzulayıblar.

Tədbirdə övladının hərbi xidmətə yollanmasından qürur hissi keçirdiyini deyən valideynlər, çağırışçıları təbrik edib, gənclərə şərəflə xidmət arzulayıb.

Çağırışçılar adından Fazil Bayramov və Rəşad Əhmədli bildirib ki, biz də xidməti borcumuzu layiqincə yerinə yetirəcək, torpaqlarımızı göz bəbəyimiz kimi qoruyacağıq. Çağırışçılar Vətənə şərəflə xidmət edəcəklərinə söz veriblər.

Sonra gənclər hərbi hissələrə yola salınıblar.

Ərhan Novruzov

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: