Torpaqların elektron kadastr uçotu informasiya sistemindən istifadə qaydalarına dair təlim olub

A- A A+

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Xidmətdə Torpaqların elektron kadastr uçotu informasiya sistemindən istifadə qaydalarına dair təlim keçirilib.

Xidmətin İnformasiya texnologiyaları və məlumat bazası şöbəsinin müdiri vəzifəsini icra edən Arzu Məmmədov bildirib ki, sistemin fəaliyyətini təmin edən proqram təminatı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 02 aprel 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na uyğun hazırlanıb, sınaq rejimində istismar olunması üçün ayrıca serverə yüklənib.

Qeyd edilib ki, sistemdə kadastr işlərinin aparılması, uyğunsuzluqların müəyyən edilməsi, torpaqlardan istifadəyə dövlət nəzarətinin həyata keçirilməsi, müxtəlif xarakterli hesabatların çıxarılması üçün bölmələr yaradılıb. Daşınmaz əmlakın elektron qeydiyyatı sistemi ilə məlumat mübadiləsi təmin edilib.

Təlimdə ümumi kadastr xəritəsinin idarə edilməsi ilə bağlı iştirakçılara ətraflı məlumat verilib. Sistem vasitəsi ilə torpaq sahəsinin formalaşdırılması, kadastr uçotuna daxil edilməsi, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində kadastr əməliyyatlarının aparılması izah edilib. “Torpaq sahəsinin planı və ölçüsü”nün hazırlanaraq çap olunması, torpaq sahəsi üzərində tikililərin yerləşdirilməsi, bölgü planının hazırlanması əyani şəkildə nümayiş olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: