Maarifləndirici seminarlar davam etdirilir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsinə dair maarifləndirici seminarlar davam etdirilir.

Növbəti seminar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində keçirilib. Nazirliyin tabeli təşkilatlarının kadrlar üzrə mütəxəssislərinin iştirakı ilə keçirilən seminarda Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndələri tərəfindən elektron informasiya sisteminin tətbiqinə  dair maarifləndirici söhbətlər aparılıb, həmçinin mövzu ətrafında  slaydlar nümayiş etdirilib.

26 müəssisədən 34 nümayəndənin iştirak etdiyi seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müvafiq tövsiyələr verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: