İcbari tibbi sığortanın tətbiqi ilə bağlı növbəti tədbir

A- A A+

Culfa rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib.

NUHÇIXAN xəbər verir ki, Müşavirədə Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev bildirib ki, məqsəd icbari tibbi sığorta barədə rayon əhalisinin maarifləndirməkdir. Vurğulanıb ki, hazırda 47 mindən çox əhalisi olan Culfa rayonunda sakinlərə 1 mərkəzi xəstəxana, 13 həkim ambulatoriyası və 9 feldşer-mama məntəqəsi vasitəsilə tibbi xidmətlər göstərilir. İcbari tibbi sığortaya keçidlə bağlı rayon Mərkəzi Xəstəxanasında yenidənqurma işləri görülüb, 31 adda 57 müasir tibbi avadanlıq quraşdırılıb. Həmçinin xəstəxanada əhaliyə nümunəvi xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb. Bu da icbari tibbi sığortanın baza zərfinə daxil olan 1525 adda tibbi xidmətin 638-nin rayon mərkəzi xəstəxanasında tətbiq olunmasına imkan verir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov bildirib ki, icbari tibbi sığortanın Culfa rayonunda da tətbiq edilməsi üçün verilən tapşırıqların icrasını təmin etmək məqsədi ilə lazımi hazırlıq işləri həyata keçirilib. Culfa Rayon Mərkəzi Xəstəxanasına  kompüter və printerlər  alınıb, mərkəzi server qurularaq Medisoft “Səhiyyə informasiya idarəetmə” sistemi yaradılıb ki, hazırda xəstələrin qeydiyyatı da həmin sistem vasitəsi ilə aparılır.

Toplanılan məlumatlar əsasında icbari tibbi sığortaya cəlb olunacaq əhali, tibb müəssisələri və tibb işçilərinə dair mərkəzləşdirilmiş məlumat bazaları, proqram təminatları və reyestrlər yaradılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallara  aydınlıq gətirilib.

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: