128 yaşlı rəssam-Bəhruz Kəngərli - FOTOLAR

A- A A+

Azərbaycan təsviri sənətinə yeni nəfəs bəxş edən, ilk realist fırça ustası Bəhruz Kəngərlinin anadan olmasının 128-ci ildönümü ilə əlaqədar Naxçıvan şəhərindəki Bəhruz Kəngərli Muzeyi ilə ümumtəhsil məktəbləri arasında interaktiv dərs keçilib.

NUHÇIXAN xəbər verir ki,  “Görkəmli rəssamın sənət dünyası” mövzusunda keçirilən dərsi muzeyin bələdçisi Rəna Əliyeva aparıb.

Qeyd olunub ki, 30 il ömür sürən və zəngin yaradıcılıq irsi qoyan Bəhruz Kəngərli cəmi 7 il peşəkar rəssamlıqla məşğul olmasına baxmayaraq, 2000-dən çox dəyərli sənət əsəri yaradıb. Bunlardan 500-ə qədəri günümüzədək gəlib çatıb. O, realist portret və mənzərə rəsm yaradıcılığının əsasını qoymaqla Azərbaycan bədii sənət xəzinəsinə dəyərli nümunələr bəxş edib.

Qeyd edək ki, interaktiv dərs muxtar respublikanın 200-dən çox ümumtəhsil müəssisəsində izlənilib.

Nurlan Sadiqov

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: