Arpaçay Dövlət Təbiət Yasaqlığının ərazisində biotexniki tədbir olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Arpaçay Dövlət Təbiət Yasaqlığında çöl heyvanlarının kompleks məskunlaşdığı ərazilərdə və miqrasiya dəhlizlərində biotexniki tədbir keçiriblər. Ekoloqlar qoruğun ərazisindəki Billava yurdunda dağ yamaclarına qaba yem, tərəvəz qalıqları səpib və daş duz qoyublar.

Məqsəd soyuq qış aylarında vəhşi heyvanların normal qidalanmasını və xəstəliklərə davamlığını təmin etməkdir. 

 

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: