CBC televiziyasında Əshabi-Kəhflə bağlı film nümayiş olunub - VİDEO

A- A A+

Ölkənin tanınmış CBC telekanalında rus dilində Naxçıvana həsr edilən film yayımlanıb. “Əshabi-Kəhf  Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə həsr edilən film “Qafqazın sirrləri” layihəsi çərçivəsində hazırlanıb. Filmdə bu qədim inanc yeri, onun min illik mənəvi dəyəri və bu gün də ehtiramla xalq tərəfindən ziyarət edilməsi öz əksini tapıb. Həmçinin müqəddəs Qurani- Kərimdə adı çəkilən Əshabi-Kəhflə bağlı maraqlı məqamlar, xalq arasında yaşayan qeyri-adi əfsanələr, inanclar haqda söhbət açılır. Min illərdir ki ziyarət edilən bu məkan sirlərlə  dolu və bu gün də tam  açılması üçün tədqiqata ehtiyacı olan məqamları ilə tamaşaçılara təqdim edilir.    

NUHÇIXAN həmin filmi təqdim edir:

 

                                                                                  Anar Tağıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: