Vergi məcəlləsi və tibbi sığorta ilə bağlı maarifləndirici görüş

A- A A+

Naxçıvan Şəhər Vergilər İdarəsində sahibkarların iştirakı ilə  Azərbaycan Respublikasının Vergi  Məcəlləsinə və “Tibbi siğorta haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş əlavə və dəyişikliklər”lə  bağlı tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, maarifləndirmə istiqamətində təşkil olunan görüşüdə Naxçıvan Şəhər Vergilər İdarəsinin rəisi, vergi xidməti müşaviri Rəşad Əliyev bildirib ki, Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılmasına vətəndaşların rifah halının yaxşılaşdırılmasına xidmət edir.

Qeyd edilib ki, quş əti satışının əlavə dəyər vergisindən azadolma müddəti daha 4 il müddətinə uzadılıb, habelə heyvan ətinin satışı 4 il ərzində əlavə dəyər vergisindən azad edilib. Fiziki şəxslər tərəfindən vergidən azad olunmaqla təqdim edilən yaşayış sahəsində azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olma müddəti 3 təqvim ilinə endirilib, fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin təqdim edilməsi zamanı yaşayış sahəsinin 30 kvadratmetri istisnasız olaraq vergidən azad olunub.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanununa edilmiş yeniliklər haqqında sahibkarların nəzərinə çatdırılıb ki, Qanuna əsasən, əmək haqqından icbari tibbi sığorta sığortalı tərəfindən hər ay üçün hesablanır, vergi orqanına bəyannamə təqdim edilir. İcbari tibbi sığortanın ödənilməsi əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Eyni tədbir Babək rayonunda da keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: