Gənclər hərbi xidmətə yola salınıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  Şərur Rayon İdarəsində və Kəngərli Rayon Şöbəsində gənclərin hərbi xidmətə yola salınması münasibətilə tədbirlər keçirilib.

Tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra çıxış edənlər bu əlamətdar hadisə münasibətilə çağırışçıları, onların valideynlərini təbrik edib, hərbi xidmətə yola düşən gənclərin şərəflə xidmət edəcəklərinə əmin olduqlarını bildirib və onlara sağ-salamat doğmalarının yanına qayıtmağı arzulayıblar.

Çıxış edənlər ölkəmizdə ordu quruculuğu sahəsində aparılan işlərdən, Azərbaycan ordusunun hərbi qüdrətindən və rəşadətindən danışıb, çağırışçı gənclərə vətənə sədaqətlə xidmət etməyi, komandirlərinin bütün əmrlərini yerinə yetirməyi, mərd və mübariz, intizamlı əsgər olmağı tövsiyə ediblər.

Nurlan Sadiqov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: