Muzeylərimizə 2348 yeni eksponat daxil olub

A- A A+

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinə sakinlər tərəfindən qədim tariximizi və zəngin mədəniyyətimizi əks etdirən  110 eksponat təqdim edilib.

NUHÇIXAN verir ki, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova muzey ziyarətçilərinin sayının əhəmiyyətli dərəcədə artığını bildirib. Ötən il ərzində 176 min 901 nəfəri əcnəbi olmaqla, ümumilikdə  642 min 220 nəfər  muzeyləri ziyarət edib.

Təqdimat mərasimində Nehrəm kənd sakini, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev, Vayxır kənd sakini Əli İsmayılov, Şıxmahmud kənd sakini Həcər Musayeva və Kültəpə kənd sakini Məhsəti Səfərova tərəfindən Babək Rayon Tarix-Diyarşünaslıq muzeyinə xalqımızın həyat tərzini, məişətini özündə yaşadan maddi-mədəniyyət nümunələri - xalça məmulatları, toxuculuq alətləri, məişətdə istifadə edilən mis qablardan ibarət ümumilikdə 110 eksponat hədiyyə edilib.

Qeyd edək ki, ötən il Naxçıvan Muxtar Respublikasının muzeylərinə 2348 yeni eksponat daxil olub.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: