Elektron qaimə-fakturalarla bağlı yenilik

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, vergi ödəyiciləri 1 yanvar 2020-ci il tarixdən elektron qaimə-fakturalı əməliyyatın xarakterindən asılı olaraq elektron qaimə-faktura təqdim etməlidir.

Vergi Məcəlləsinin 71-1.5-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq doqquz növdə elektron qaimə-faktura verilir:

  • malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə;
  • malların qaytarılması barədə;
  • malların qaytarılması istisna olmaqla, bu Məcəllənin 163-cü maddəsinə əsasən;
  • malların vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə;
  • agent (komisyonçu) tərəfindən malların alıcısına təqdim edilən;
  • agent (komisyonçu) tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması barədə;
  • malların emala verilməsi barədə;
  • emal prosesi keçmiş malların qaytarılması barədə;
  • Vergi Məcəlləsinin 177.5-ci maddəsinə əsasən.

Yalnız agent (komisyonçu) tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması barədə elektron qaimə-faktura proqram təminatında aktiv deyil.

Vergi ödəyiciləri 23.01.2020-ci il tarixdən etibarən qarşı tərəf olan vergi ödəyicilərinə elektron qaimə-fakturanı çeşidlərinə uyğun təqdim etməyə borcludur.

Qeyd edək ki, Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əasasən vergi ödəyiciləri üçün vergi inzibatçılığının sadələşdirilməsi və vergi ödəyiciləri arasında aparılan əməliyyatlar üzrə sənədləşdirmədə çevikliyin təmin edilməsi məqsədi ilə 1 yanvar 2020-ci il tarixindən etibarən elektron vergi hesab-faktura tam olaraq elektron qaimə-faktura ilə əvəz olunur və vahid sənəd formasında təqdim edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: