Vənənd Kənd Uşaq Musiqi Məktəbində ustad dərsi olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə yenicə istifadəyə verilmiş Vənənd Kənd Uşaq Musiqi Məktəbində şagirdlər üçün ustad dərsləri təşkil olunub.

Muxtar respublikanın tanınmış müəllim və musiqiçiləri tərəfindən tar, fortepiano, kamança, qarmon və saz ixtisası üzrə ustad dərsləri keçilib. Dərs zamanı mütəxəssislər əsərlər üzərində işləməyi öyrədib, təhlil göstərib və məktəb kollektivinə metodiki tövsiyələr veriblər. İxtisaslar üzrə keçilən ustad dərslərində qədim musiqi alətləri və ifa olunan əsərlər haqqında şagirdlərə ətraflı məlumat verilib.

 

                                                                            Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: