Yanvarın 31-də vəkilliyə qəbulla bağlı test imtahanı keçiriləcək

A- A A+

Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunmuş razılığa əsasən, yanvarın 31-də Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsi keçiriləcək.

Vəkillərin İxtisas Komissiyasından NUHÇIXAN-a bildiriblər ki, Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Abdulvahab Salamzadə 28 ünvanında (Bakı Asiya Universiteti) yerləşən kompüter mərkəzində təşkil olunacaq imtahan elektronlaşdırılmış qaydada həyata keçiriləcək. İmtahanda 245 namizəd iştirak edəcək. Namizədlərdən şəxsiyyəti təsdiqləyən sənədlərini təqdim etməklə yanvarın 31-də saat 09:00-da kompüter mərkəzinə gəlmələri xahiş olunur.

Əlavə məlumat üçün 012 594 14 95 telefon nömrəsi ilə əlaqə saxlamaq lazımdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: