Əcnəbi tələbələr Qarabağlar Türbə Kompleksində olublar - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin əcnəbi tələbələri Qarabağlar Türbə Kompleksində olublar.

Ziyarətçilərə Qarabağlar Türbə Kompleksi barədə, həmçinin Naxçıvanın tarixi, mədəniyyəti haqqında geniş məlumat verilib.

Ekskursiyanın sonunda əcnəbi tələbələr üçün “Görüş yeri” kafesində çay və yemək süfrəsi təşkil edilib. Banqladeşli tələbə Tanvir Rahman, nigeriyalı tələbə Rotimi Adekunle qeyd ediblər ki, Naxçıvanda onlar təhlükəsizlik cəhətdən özlərini rahat və güvəndə hiss edirlər. Sizin qonaqpərvərliyiniz bizim üçün ideal bir örnəkdir – deyən tələbələr onlar üçün yaradılan şərait üçün minnətdarlıqlarını ifadə ediblər.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: