Pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsi günü tələbidir

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur rayon şöbəsi tərəfindən pensiyaçıların poçt bölmələri vasitəsilə ödənilməsi sahəsində Xələc kəndində maarifləndirici tədbir keçirilib.

Tədbirdə vurğulanıb ki, muxtar respublikanın şəhər və kəndlərində quruculuq işləri aparılarkən poçt sahəsinin maddi-texniki bazası da möhkəmləndirilir, yeni rabitə evləri və poçt bölmələri istifadəyə verilir.  Xələc kənd mərkəzində yerləşən poçt bölməsi də yeni kompüter və avadanlıqlarla təmin edilib. Bu da vətəndaşlara, xüsusilə də yaşlı əmək pensiyaçılarına göstərilən xidmətin keyfiyyətini artırıb. Poçt bölmələri vasitəsilə pensiya ödənişinin həyata keçirilməsi pensiyaçıların işini xeyli asanlaşdırıb və bunun nəticəsində pensiya ödənişində bəzi problemlər aradan qaldırılıb.

Həmçinin bildirilib ki, kənd yerlərində yaşayan pensiyaçılar bundan sonra da istədikləri halda ərizə ilə müraciət edərək pensiyalarını kəndlərdəki poçt bölmələrindən rahat şəkildə ala bilərlər.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: