Culfa rayonunda seçkilərə hazırlıq işləri yekunlaşıb - FOTOLAR

A- A A+

Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər keçiriləcək. NUHÇIXAN xəbər verir ki, Culfa rayonunda  seçkilərə hazırlıq işləri artıq  yekunlaşıb.

6 saylı Culfa-Babək  seçki dairəsinin əhatə etdiyi ərazidə   5 qapalı olmaqla ümumilikdə  39 məntəqə fəaliyyət göstərəcək. Məntəqələrdən  23-ü Culfa, 16-sı Babək rayonunun yaşayış məntəqələrini  əhatə edir.  Dairədə  37  min  182 seçici qeydə alınıb. Məntəqə sədrləri və üzvləri üçün mütəmadi olaraq treninqlər keçirilir.

Dairəni əhatə edən bütün məntəqələr telefonlaşdırılıb, katib və üzvlər, habelə seçkini izləyəcək beynəlxalq və yerli müşahidəçilər üçün yerlər müəyyənləşdirilib. Dairənin əhatə etdiyi məntəqələrin 5-də veb-kamera quraşdırılıb. Bu da imkan verəcək ki, dünyanın istənilən nöqtəsindən seçki prosesini canlı izləmək mümkün olsun. Lövhələrdə seçicilərin yaşadıqları ünvanlar üzrə siyahılar əks olunub. Seçki günü səsvermədə iştirak edə bilməyən əlil və xəstələr üçün daşınan seçki qutuları da verilib.

Qeyd edək ki, rayonda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər üçün də bütün məntəqələrdə lazımı şərait yaradılıb.

                                                                                                                                          Novruz Məmmədov

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: