Ordubadda yetişdirilən meyvələrdən keyfiyyətli qənnadı məhsulları hazırlanır - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Ordubad rayonunun Vənənd kəndində “Ordubad Qənnadı Məmulatları” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyət göstərir.

Ordubadın yerli nemətlərini tanıtmaq və daxili bazarı keyfiyyətli məhsullarla təmin edən müəssisə 2013-cü ildə Vənənd kəndində yaradılıb və  7 ildir ki, fəaliyyətini uğurla davam etdirir.

Məhsul  rayon və ətraf kəndlərdən, həmçinin müəssisənin Qoruqlar kəndində yerləşən bağ sahələrindən toplanılır. 13 nəfər işçi ilə fəaliyyət göstərən müəssisədə 150-dək adda məhsul istehsal edilir, Naxçıvan və Bakı şəhərlərində fəaliyyət göstərən Ordubad nemətləri adlı mağazalarda satışa çıxarılır.

                                                                             Xanım Rüstəmzadə

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: