İtaliya portalında Qarabağ atları barədə məlumatlar yer alıb

A- A A+

İtaliyanın heyvanlar aləmi, elmi yeniliklər və baş verən maraqlı hadisələr barədə yazan www.amoreaquattrozampe.it saytında Qarabağ atları barədə məlumat verilib.

NUHÇIXAN xəbər verir ki, məqalədə dünyanın ən məşhur at cinsləri ilə bağlı elmi və maraqlı elmi faktlar paylaşılıb. Ən məşhur və bahalı 15 at cinsi arasında Qarabağ atları da yer alır.

Bildirilir ki, bu at cinsi Azərbaycanda və indiki İran ərazisinin şimal-qərbində yetişdirilən dünyanın bahalı cinsləri sırasındadır. Onlar cənub mənşəli olaraq, dərinin nazik və quru, tüklərin zərif və gözqamaşdırıcı parlaq rəngi, sanqvinik-хolerik temperamentə malik olması, habelə saf qanlı, sahibinə itaət səviyyəsində bağlılığı, baхışlarının mənalı, davranışında mehribançılığı ilə seçilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: