İpoteka kreditləri hesabına ötən il 79 ailə mənzil sahibi olub - VİDEO
Muxtar respublikada ipoteka kreditlərinin verilməsi davam etdirilir. “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən kreditlər hesabına ötən il ərzində 79 ailəyə ipoteka krediti verilib. 2020-ci ildə Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın rayonlarında da yeni istifadəyə verilən yaşayış binaları ipoteka kreditləri ilə satılır.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıb.
NUHÇIXAN həmin videomaterialı təqdim edir:
Röyal Kərimov