Abituriyentlər üçün seminarlara başlanıb

A- A A+

Naxçıvan Dövlət Texniki Kollecində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Abituriyent-2020: Buraxılış və qəbul imtahanları, ixtisas seçimi” mövzusunda seminar keçirilib.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə,  seminarda Təhsil Nazirliyinə birbaşa tabe müəssisələrin və Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin XI siniflərində təhsil alan 110 şagird iştirak edib.  Seminar abituriyentlərin psixoloji cəhətdən hazır olmaları, imtahan dövrü nələrə diqqət etmələri  ilə bağlı onların məlumatlandırılması məqsədilə baş tutub.

Çıxışlarda qeyd olunub ki, abituriyentlər buraxılış və qəbul imtahanlarına yaxşı hazırlaşmalı, nəticələrə uyğun düzgün ixtisas seçimi etməlidir. Onlar topladıqları bala uyğun ali təhsil müəssisəsini düzgün seçməlidir. Unutmamalıdırlar ki, imtahanqabağı psixoloji hazırlıq, diqqətin toplanması, stressdən azad olmaq yolları, düzgün qurulmuş hazırlıq prosesi və pozitiv düşüncə, əməl edilməli olan qida rasionunun seçilməsi  hər bir məzun üçün  vacib məqamlardan hesab olunur.

Bildirilib ki, buraxılış və qəbul imtahanlarına hazırlaşmaq üçün əvvəlcə düzgün, sistemli bir hazırlıq proqramına  sahib olmaq lazımdır.

Seminarın sonunda mövzularla bağlı suallar cavablandırılıb, abituriyentlərə imtahanqabağı əlavə tövsiyələr verilib.

Qeyd edək ki, seminar digər rayonların abituriyentləri üçün də təşkil olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: