Taxıl istehsalçılarına karbamid gübrəsi verilir

A- A A+

“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində və cəmiyyətin rayon bazalarında taxıl istehsalçılarına karbamid  gübrəsinin  verilməsinə başlanılıb. 

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində və cəmiyyətin rayon bazalarında taxıl istehsalçılarına 46 faizli karbamid gübrəsinin buraxılışına başlanılıb. İndiyədək xaricdən idxal olunan karbamid gübrəsi bu ildən artıq Azərbaycan Dövlət Neft Şirkətinin  karbamid zavodunda  istehsal olunur. 6 min tondan artıq karbamid gübrəsi “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində və cəmiyyətin rayon bazalarında tədarük olunub.

Qeyd edək ki, payızlıq taxıl sahələrinə optimal müddətdə karbamid gübrəsinin verilməsi üçün torpaq mülkiyyətçiləri indidən tədarük görürlər. Ötən payızda isə muxtar respublikada 36 min 99 hektar sahədə taxıl əkini aparılıb.

                                                             Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: