Naxçıvan Dövlət Universitetinin müəllimi beynəlxalq seminarda iştirak edib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikasının Təhsil İnstitutunda “Open Access” mövzusunda seminar keçirilib. Beynəlxalq ekspert Daniel Spichtinger tərəfindən aparılan seminarda Naxçıvan Dövlət Universiteti "İngilis dili və Tərcümə" kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent  İlhamə Məmmədova da iştirak edib. Seminarda “Open Access” sisteminin qurulması və Azərbaycanda bu sahədə görülən tədbirlər barədə ətraflı məlumat verilib.

Tədbir Təhsil Nazirliyinin əsas benefisiarı olduğu və Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi çərçivəsində keçirilib. Layihənin əsas məqsədi ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların (Tİİ) strategiyası və idarəedilməsinin gücləndirilməsindən ibarətdir.

                                                                   Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: