Babək rayon mədəniyyət evində “Məktəb idarəçiliyi və sənədləşmə işləri” ilə bağlı seminar keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, seminar Təhsil şöbəsinin əməkdaşlarının, məktəb direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin və təşkilatçıların iştirakı ilə baş tutub.
Təhsil Nazirliyinin əməkdaşları məktəbin idarə olunmasında istifadə olunan hüquqi-normativ sənədlərin və kargüzarlığa dair kitabların düzgün və dəqiq işlənilməsi üsullarını slaydlar vasitəsilə iştirakçılara təqdim edib.
Sonra Nazirliyin hüquqşünası dövlət qulluğu ilə bağlı normativ hüquqi sənədlər, dövlət qulluqçusunun şəxsi işinin tərtib edilməsi qaydaları və qanunvericiliyinin pozulmasına görə vəzifəli şəxslərin məsuliyyəti haqqında seminar iştirakçılarına ətraflı məlumat verilib.
Seminarın sonunda mövzularla bağlı suallar cavablandırılıb, tədbir iştirakçılarına əmr nümunələri, məktəb və kargüzarlıq sənədlərinin işlənilməsi qaydalarına, dövlət qulluğu ilə bağlı normativ-hüquqi sənədlərə dair elektron nümunələr təqdim olunub.
Qeyd edək ki, seminar muxtar respublikanın digər Rayon Təhsil şöbələrində də keçiriləcəkdir.