“Məhkəmə könüllüləri” layihəsi başa çatıb - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi hüquqşünaslıq ixtisasında təhsil alan tələbələr arasında könüllülük fəaliyyətini tətbiq etməyə başlayıb.

NUHÇIXAN xəbər verir ki, ötən ilin noyabr ayından başlayaraq Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisasının 3-cü, 4-cü kurs tələbələri və magistrları “Məhkəmə könüllüləri” layihəsi çərçivəsində üç ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində könüllü fəaliyyət göstəriblər.

Layihə çərçivəsində tələbələr “Elektron məhkəmə” sistemi ilə də yaxından tanış olublar. Əlavə olaraq tələbələr üçün Ali Məhkəmədə müxtəlif hüquqi mövzularda seminarlar və səhnələşdirilmiş mülki məhkəmə icraatı üzrə məhkəmə prosesləri də təşkil edilib.

Layihənin sonuncu günü Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev tələbələrlə görüşüb.

Ali Məhkəmənin sədri gənclərə zəruri təcrübə toplamaları, milli və vətənpərvərlik ruhunda tərbiyə almaları, xalqa və dövlətə bağlılığı, müstəqilliyimizin möhkəmləndirilməsi, məhkəmə sistemində şəffaflığın artırılmasında fəal iştirak etmələri barədə tövsiyələr verib.

Sonda  tələbələri maraqlandıran suallar cavablandırılıb.

                                                         

                                                                Nurlan Sadiqov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: