Yanvarın 30-da ölkə ərazisində ən aşağı temperatur Naxçıvan Muxtar Respublikasında qeydə alınacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında havanın temperaturu gecə 4-9° şaxta olacaq.
Ən yüksək temperatur isə Mərkəzi Aran rayonlarında müşahidə olunacaq. Həmin rayonlarda gündüz 11-16° isti olacağı gözlənilir.
Bakıda və Abşeron yarımadasında isə havanın temperaturunun gecə 3-6°, gündüz 12-14° isti olacağı proqnozlaşdırılır.