Naxçıvan şəhər prokurorluğu tərəfindən maarifləndirici tədbir keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Şəhər Prokurorluğunun əməkdaşları tərəfindən Naxçıvan şəhəri 2 saylı Mənzil İstismar İdarəsində əhalinin hüquqi cəhətdən maarifləndirilməsi məqsədilə vətəndaşlarla görüş keçirilib. Görüşdə həmin ərazidə yaşayan vətəndaşlar iştirak edib.  Naxçıvan Şəhər Prokurorluğunun müstəntiqi Əşrəf Quliyev, Naxçıvan şəhər prokurorunun köməkçisi Aygül Əsədova və Naxçıvan şəhəri 2 saylı Mənzil İstismar İdarəsinin rəisi Abasət Vəliyev qanunvericliyə əsasən yaşayış sahələrinə və kommunal xidmətlərə görə ödəmələr və ətraf mühitin mühafizəsi mövzusunda vətəndaşlarla söhbətlər aparıblar. Həmçinin verilən  suallar ətraflı cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: