Naxçıvan televiziyasının instagram hesabında artıq paylaşımlar fars dilində də edilir

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Televiziyasının instagram hesabında Naxçıvanın turizm məkanları, tarixi yerləri, o cümlədən izləyicilərin diqqətini çəkən maraqlı foto və videolar artıq  fars dilində də yayımlanır. Məqsəd Naxçıvan Muxtar Respublikasının turizm potensialı, buraya gələnlərin daha çox diqqətini çəkən maraqlı faktları daha geniş auditoriyaya çatdırmaqdır. Paylaşımlar həmçinin  ingilis və rus dillərində də aparılır. 

Qeyd edək ki, Naxçıvan Dövlət Televiziyasının saytında və efirində xəbərlərin  ingilis və rus dilində yayımı da həyata keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: