Ötən il Naxçıvanda böyük tikinti-quruculuq işləri ilə yadda qalıb

A- A A+

Naxçıvan Muxtar Respublikasında 2019-cu ildə 271 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir olunub. Həmçinin 159 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, 2019-cu ildə 10 kənd mərkəzi istifadəyə verilib, 3 kənd mərkəzində tikinti işləri görülüb.

Muxtar respublikada 2 yaşayış binasının tikintisi, 11 yaşayış binasının yenidən qurulması başa çatdırılıb, 5 yaşayış binasının tikintisi, 3 yaşayış binasının yenidən qurulması davam etdirilib.

Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərib. 2019-cu ildə muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 379 min 157 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib. Bu da 2018-ci ildəki müvafiq göstəricidən çoxdur.

Babək, Ordubad, Kəngərli və Sədərək rayon mərkəzlərində və ətraf kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin, Şərur rayonunda sutəmizləyici qurğunun və ­Cəlilkənddə içməli su şəbəkəsinin tikintisi davam etdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: