Sahibkarlar üçün maarifləndirici tədbir olub - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətində NUHÇIXAN-a verilən məlumata görə, Culfa və Ordubad rayonlarında Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər, həmçinin “Tibbi sığotra haqqında” Qanuna edilmiş dəyişiklikər barədə sahibkarların və mühasiblərin iştirakı ilə maarifləndirici tədbir keçirilib.
Tədbirdə sahibkarların nəzərinə çatdırılıb ki, pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi, eyni zamanda, topdansatış qaydasında malların satışını həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi metodunu seçmək hüquqları var.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, “Tibbi sığotra haqqında” Qanuna uyğun olaraq işəgötürənlər 2020-ci ilin aprel ayından etibarən icbari tibbi sığorta hesablanmasını həyata keçirməlidirlər.
Həmçinin yeniliklərlə bağlı sahibkarları maraqlandıran suallar cavablandırılıb.