“Pedaqoji fikir tarixindən” kitabı növbəti dəfə müzakirə edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə oxunması zəruri olan kitabların siyahısında yer alan  “Pedaqoji fikir tarixindən” kitabının müzakirəsi olub.

Tədbirdə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına uyğun olaraq yeni nəşr olunmuş “Pedaqoji fikir tarixindən” kitabı da oxunması zəruri olan kitabların siyahısına əlavə edilib.  Bu kitab təhsil ictimaiyyəti üçün ən dəyərli mənbə hesab olunur. Kitab gənc nəslin pedaqoji cəhətdən ixtisaslaşmasında, tədris mövzularının təkmilləşməsində, pedaqoji görüşlərin daha da inkişaf etdirilməsində və pedaqoji irsin inkişaf prosesinin öyrənilməsində böyük əhəmiyyət kəsb edir. Kitab həm gənclər, həm də müəllimlər üçün dəyərli vəsait hesab olunur.

Tədbirdə təhsil şöbəsinin əməkdaşı Əbdüləli Mirzəyev və Cəhri kənd 1 nömrəli tam orta məktəbin müəllimi Natiq Məmmədov “Pedaqoji fikir tarixindən”  kitabında dərc olunan materiallar barədə ətraflı məlumat veriblər.

Sonra müəllimlər müzakirələrə qoşulub və kitabın gənc nəslin təlim-tərbiyəsində mühüm rol oynadığını yüksək qiymətləndiriblər.

Sonra şagirdlər həmin kitabdan nümunələr səsləndirib və səhnəcik nümayiş etdiriblər.

Sonda Naxçıvan Televiziyasının maarifpərvər ziyalı Məhəmməd Tağı Sidqi barədə  hazırladığı “Xalq müəllimi” sənədli filmi nümayiş olunub.

 

 Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: