Arazboyu ərazilərdə monitorinqlər aparılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, epizootik tədbirlər planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin əməkdaşları Sədərək rayonunun  Arazboyu  ərazilərində monitorinqlər aparıblar.                        

Monitorinqlər xidmətin mütəxəssisləri tərəfindən  rayon baytarlıq idarəsinin əməkdaşları ilə birlikdə sərhədboyu ərazilərdə, çay və su hövzələrində  olub, vəhşi heyvan və çöl quşlarının daha sıx olduğu ərazilərdə aparılıb.  Aparılan monitorinqlər nəticəsində  ölmüş heyvan və  çöl quşlarının  cəsədlərinə rast gəlinməyib. Monitorinq iştirakçıları Arazboyu ərazilərə, həmçinin rayon ərazisindən keçən Şir arxına da baxış keçiriblər. 

Mütəxəssislər xəstəliktörədici həşəratların və mikrobların ola biləcəyi ərazilərə baxış keçirib, çay kənarlarında, su hövzələrində qabaqlayıcı dezinfeksiya tədbiri aparıblar.

                                          

                                                               Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: