DST-nin fövqəladə komitəsi koronavirusla bağlı növbəti dəfə toplanacaq

A- A A+

Dünya Səhiyyə Təşkilatının (DST) fövqəladə komitəsi bu gün Çində yayılmış yeni növ koronavirusla bağlı növbəti dəfə toplanacaq.

NUHÇIXAN xəbər verir ki, iclasın gündəliyində duran əsas məsələ koronavirusla bağlı qlobal fövqəladə vəziyyətin elan olunması olacaqdır. Çində epidemiyanın vüsət alması, ölüm hallarının artması və infeksiyanın bu ölkənin hüdudlarından kənara çıxması vəziyyətin ötən həftə keçirilən iclasdan sonra yeni məcrada inkişaf etdiyini göstərir. Bununla belə fövqəladə komitənin sədri Maykl Rayen 2003-cü ildə tüğyan edən SARS virusu ilə müqayisədə budəfəki epidemiyaya qarşı mübarizədə Çin tərəfindən atılan addımları yüksək qiymətləndirib.

Qeyd edilməlidir ki, 16 ekspertdən ibarət komitə ötən günlərdə artıq iki dəfə koronavirusla bağlı vəziyyəti qlobal səviyyədə fövqəladə hal kimi qiymətləndirməkdən imtina edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: