Ötən il Naxçıvanda istehsal edilən kənd təsərrüfatı məhsullarının həcmi 507 milyon 641 manatdan çox olub

A- A A+

Muxtar respublikada 2019-cu ildə bir il öncəyə nisbətən 4,5 faiz çox, yəni 507 milyon 641 min 600 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, 2019-cu ildə muxtar respublikada diri çəkidə 28 min 420,6 ton ət, 85 min 637,4 ton süd istehsal edilib. Bu da 2018-ci illə müqayisədə 2,9 və 2 faiz çoxdur.

Etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını artırıb, 2019-cu ildə muxtar respublikadan 102 milyon 230 min 400 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: