Görmə qabiliyyətini əməliyyatsız, eynəksiz yaxşılaşdıran üsul - FOTOLAR

A- A A+

Müasir dövrdə İKT-nin inkişafı nəticəsində elektron əşyalar həyatımızın bir parçasına çevrilib. Xüsusilə də kompüterlər. Sensorlu telefonlar isə demək olar ki, heç əlimizdən yerə düşmür. Yaşından asılı olmayaraq hamı onda nəsə axtarır. Kimi mesajlaşmaq, kimi də məlumatlanmaq üçün istifadə edir. Ən kiçik telefon istiadəçisinin belə onu əlindən yerə qoymamaq üçün səbəbi var: oyun oynamaq. Belə vasitələrin köməyimizə çatmasına baxmayaraq, sağlamlığımıza da mənfi təsirləri az deyil. Ən əsası isə görmə qabiliyyətimizi zəiflədirlər. Azərbaycanda da  əhali arasında zəifgörmədən əziyyət çəkənlər var. NUHÇIXAN qurğuların yaratdığı zəifgörmədən əziyyət çəkən oxucularına uzun araşdırmalar nəticəsində aşkarlanan görmə qabiliyyətini yaxşılaşdıran gimnastikanı təqdim edir:

1. İşarət barmağınızın ucunu burnunuzun ucuna toxundurun. Gözünüzü qırpmadan baxışlarınızı barmaq ucunuzda cəmləyin. 2-3 dəfə dərindən nəfəs alın.

2. Barmağınızı qaşlarınızın arasına toxundurub, eyni hərəkəti yenidən yerin yetirin.

3. Yenidən barmağınızı burnunuzun ucuna aparın. Barmağınızı burunla parallel istiqamətə uzaqlaşdırıb, yaxınlaşdırın. Dərindən nəfəs alaraq barmağınızı izləyin. Bu hərəkəti də 3 dəfə təkrarlayın.

4. Barmağınızı qaşlar arasına gətirib, eyni hərəkəti yerinə yetirin.

5. Başınızı geriyə aparıb, burnunuzun ucuna baxın. Dərindən nəfəs almağı unutmayın.

6. Elə bu vəziyyətdə qaş arası nöqtəyə fokuslanmağa çalışın.

Gimnastikanı gün ərzində 10 dəqiqə yerinə yetirmək lazımdır.

Bu hərəkətləri edərkən başınız gicəllənə bilər. Həmçinin dərindən nəfəs alarkən təmiz oksigen göz sinirlərini gücləndirdiyi üçün görmə qabiliyyətiniz də stabilləşir.

Gimnastikanı ayaq üstə yerinə yetirmək daha məqsədəuyğun sayılır. Bütün hərəkətlər üzü şimala yerinə yetirilməlidir. Bu müddətdə tez-tez göz qırpmaq olmaz.

3-4 ay ərzində davam edəcəyiniz bu prosedur nəticəsində görmə qabiliyyətinizin necə gücləndiyinə özünüz şahid olacaqsınız.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: