Sahibkarlın fəaliyyəti diqqət mərkəzindədir

A- A A+

Muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilir.

NUHÇIXAN xəbər verir ki, 2019-cu ildə muxtar respublikada sahibkarlara 29 milyon 16 min 300 manat kredit verilib.Verilmiş kreditin 12 milyon 131 min 600 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 16 milyon 884 min 700 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub.

Bundan əlavə 2019-cu ildə Türkiyə Respublikasının İqdır şəhərində Naxçıvan Muxtar Respublikasının Ticarət Evi istifadəyə verilib. Bu da muxtar respublikada istehsal olunan məhsulların təşviqi və satışına, eyni zamanda iş adamları arasında işgüzar görüşlərin təşkilinə və ticarət sövdələşmələrinin aparılmasına geniş imkanlar yaradır.

Qeyd edək ki, sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muxtar respublikada 383 növdə məhsul istehsal olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: