Məişətdə yanğın təhlükəsizliyi məsələsi diqqət mərkəzində

A- A A+

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində “Müəssisə və təşkilatlarda yanğın təhlükəsizliyinin təşkili diqqət mərkəzində saxlanılır, qış mövsümü dövründə yaşayış evlərində qaz və elektrik cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunmalıdır” mövzusunda maarifləndirici tədbir  keçirilib.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, tədbirdə bildirilib ki, məişətdə yanğın təhlükəsizliyi məsələsi günün ən aktual mövzularından biridir.

Tədbirdə çıxış edənlər  iştirakçılara qış mövsümü ərzində yaşayış məntəqələrində məişət qaz cihazlarından istifadə zamanı yanğın təhlükəsizlik qaydalarına əməl olunması və dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri , fövqəladə hallar zamanı davranış və fəaliyyət qaydaları haqqında məlumat verib.

Sonda tədbir iştirakçıları tərəfindən verilən suallara aydınlıq gətirilərək cavablandırılıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: