Ebru sərgisi şagirdlərin yolunu gözləyir - FOTOLAR
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq mərkəzində ilk dəfə olaraq ebru sərgisi keçirilir. NUHÇIXAN xəbər verir ki, müxtəlif çeşnili əl işlərinin nümayiş etdirildiyi "Təkrarolunmaz rənglər" mövzusundakı sərgi bir həftə boyunca məktəblilər üçün açıq olacaq. Sərgidə "Çiçəkli ebru", "Bülbül yuvası ebru", "Şal ebru", "Gəl-get ebru", "Battal ebru", "Daraqlı ebru" olmaqla 50 mövzuda ebru əl işləri nümayiş olunur.
Şagirdlər qatılaşdırılmış su üzərində bacarıqlarını nümayiş etdiriblər.Sərginin sonunda fərqlənənlər diplomlarla təltif olunub.
Qeyd edək ki, ebru sənəti dərnəyi ötən ilin oktyabr ayında Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq mərkəzində fəaliyyətə başlayıb və 30-a yaxın üzvü var.
Xanım Rüstəmzadə