Yetkinlik yaşına çatmayanların işləri və hüquqları qorunur

A- A A+

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iclası keçirilib. Komissiyadan NUHÇIXAN-a verilən məlumata görə, iclasda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın və ekspert qrupunun üzvləri, rayon (şəhər) İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədrləri və məsul katibləri iştirak edib.

Komissiyanın sədri Ramilə Seyidova bildirib ki, muxtar respublikada olan bütün uşaqların, o cümlədən hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının qorunması, təhsilə cəlb olunması, sosial müdafiələrinin təşkili diqqət mərkəzindədir.  Uşaqların xüsusi istedadlarının üzə çıxarılması, asudə vaxtlarının təşkili, sağlamlıqlarının qorunması ilə əlaqədar tədbirlər görülüb, müvafiq uşaqlar haqqında məlumat bazası yaradıl­ıb.

Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

Sonda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 2020-ci il üçün “İş Planı” müzakirə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: