Çində koronavirusdan ölənlərin sayı 259 nəfərə çatıb

A- A A+

Çində koronavirusun indiyədək aşkar edilməmiş ştammına (2019-nCoV) yoluxanların sayı 11 min 821, bu virus səbəbindən ölənlərin sayı isə 259 nəfərə çatıb.

NUHÇIXAN Çin Dövlət Səhiyyə Komissiyasının məlumatına istinadla xəbər verir ki, virusa yoluxmaqda şübhəli bilinənlərin sayı təxminən 18 min nəfərdir. İndiyədək 245 nəfər sağalaraq xəstəxananı tərk edib.

Çindən başqa, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniyada, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, Filippin, İngiltərə, Rusiya, İtaliya, İspaniya və İsveçdə, ümumilikdə, 124 nəfərin virusa yoluxması təsdiqlənib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: