Ermənistan ordusunda daha bir rüşvət faktı aşkar edilib

A- A A+
Ermənistan ordusunda Hərbi polis növbəti dəfə rüşvət faktı aşkar edib.
NUHÇIXAN erməni KİV-lərinə istinadən xəbər verir ki, hərbi polis əməkdaşları əldə etdikləri əməliyyat məlumatı əsasında "N" nömrəli hərbi hissənin vəzifəli şəxsi polkovnik-leytenant "Q.N" adlı hərbi qulluqçunun rüşvət almasını müəyyən ediblər. Belə ki, o, hərbi hissə daxilində fəaliyyət göstərən "Çinar QSC" dükan çayxananın fəaliyyətinə maneçilik törətməmək müqabilində "H.O" adlı şəxsdən müxtəlif vaxtlarda pul tələb edib və külli miqdarda rüşvət alıb. İyunun 15-də növbəti dəfə "H.O" adlı şəxs "Q.N" adlı hərbçiyə rüşvət verərkən hərbi polisin əməkdaşları tərəfindən "Q.N" adlı hərbi qulluqçu öz iş otağında rüşvət alarkən həbs edilib. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: